Şrift:
NATO baş katibinin müavini istefa verəcək
04.09.2024 [10:51] - Gündəm
NATO baş katibinin müavini Mirça Coane istefa verəcək.

Bu barədə NATO-nun rəsmi saytında məlumat yayılıb.

Mirça Coane sentyabrın 10-da NATO Baş katibinin müavini vəzifəsindən istefa verəcək.

Baş katib Yens Stoltenberq istefanı qəbul edərək, Mirça Coaneyə xidmətlərinə görə təşəkkür edib.

Qeyd edilib ki, Siyasi məsələlər və təhlükəsizlik siyasəti (PASP) üzrə Baş katibin köməkçisi Boris Ruge yeni müavin təyin olunana qədər bu vəzifəni icra edəcək.
Bu xəbər oxucular tərəfindən 548 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed