Şrift:
Millətlər Liqası: Azərbaycan yığması bu gün İsveçi qəbul edəcək
05.09.2024 [11:12] - Gündəm, İdman
Azərbaycan yığması UEFA Millətlər Liqasının 2024/2025-ci illər mövsümündə bu gün ilk oyununa çıxacaq.

Fernandu Santuşun rəhbərlik etdiyi komanda Bakıda İsveçi qəbul edəcək. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 20:00-da başlayacaq. Qarşılaşmanı Macarıstandan olan hakimlər briqadasının idarə edəcək.

5 sentyabr

Saat 20:00.Azərbaycan – İsveç

Baş hakim: Balaş Berkey (Macarıstan)

Bakı, Tofiq Bəhramov adına Respublika Stadionu.

Qeyd edək ki, Azərbaycan millisi sentyabrın 8-də səfərdə Slovakiya seçməsinin qonağı olacaq.
Bu xəbər oxucular tərəfindən 1009 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed