Şrift:
Neft Daşlarında dalğanın hündürlüyü 3.6 metrə çatıb
06.09.2024 [09:54] - Xəbərlər, Gündəm
Sentyabrın 6-sı saat 09:00-a olan faktiki hava açıqlanıb.


Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, sentyabrın 6-sı saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti yağmursuz keçib. Lakin səhər saatlarında Sarıbaş (Qax), Zaqatala, Balakəndə qısamüddətli yağış yağıb.

Əvvəlcədən xəbər verildiyi kimi narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi arabir Goranboyda 23 m/s, Naftalanda 22 m/s, sarı xəbərdarlığa uyğun olaraq isə Bakıda və Abşeron yarımadasında, Culfada 21 m/s Neftçalada 20 m/s, Şirvanda 19 m/s, Tərtər, Bərdə, Şamaxıda 16 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.6 metrə çatıb.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 29, Naxçıvan MR-da 36, Aran rayonlarında 36, dağlıq rayonlarda 23 dərəcəyədək isti qeydə alınıb.
Bu xəbər oxucular tərəfindən 1861 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed