25.02.2013 [00:40] - Gündəm, Mədəniyyət
Nazim Nasreddinov
S.Ə.Şirvaninin 100 yaşlı "İbtidai qəzəliyyat" kitabı varmı?
Mütaliə mədəniyyəti insanının tanınmasının ən mühüm göstəriciləindən biridir. Çox yaxşı haldır ki,son vaxtlarda Azərbaycanda nəşriyyat işlərində xüsusi canlanma hiss olunur. Maraqlıdır ki, kitab nəşrindəki uğurlarımız artdıqca, ədəbiyyat tariximiz üçün böyük əhəmiyyəti olan əlyazmalarına və qədim nəşrlərə maraq heç də azalmır.Bu cəhətdən AMEA Əlyazmalar İnsitutunun direktoru Paşa Kərimovun xidmətləri diqqəti cəlb edir. Paşa Kərimovun və onun rəhbərlik etdiyi elmi müəssisənin kollektivi son vaxtlarda dünyanın bir sıra ölkələrindən yüzlərlə əlyazmalarımızı Azərbaycan Respublikasının oxucularına çatdıra bilmişlər.
Saytların birində Azərtaca istinadən verilmiş bir materialdan aydın olur ki, Azərbaycanın əyalət şəhərlərində çoxuna məlum olmayan əlyazmalarımız və qədim kitablarımız saxlanılır. Bu cəhətdən göyçaylı Ruslan Məmmədovun ailə arxivində qorunub saxlanılan əlyazmaları və qədim kitabları mənə çox maraqlı göründü.
Yaxşı olardı ki, yerlərdə belə kitab həvəskarları pəğbətləndirilsinlər, nadir əlyazmaların və kitabların kitab həvəskarlarına tanıdılmasına şərait yaradılsın. Başqa sözlə, kitaba, əlyazmasına sərgi əşyası kimi yox, oxu materialı,tədqiqat materialı kimi yanaşılsın.
Mənə Ruslan Məmmədovun qədim saydığı 100 yaşlı bir kitab - S.Ə.Şirvaninin "İbtidai qəzəliyyat"ı maraqlı göründü. Mən S.Ə.Şirvanininhəyatı və ədəbi irsi ilə az-çox tanış olan,maraqlanan filoloq kimi bu kitabala tanışlıq üçün mütləq vaxt tapıb Göyçaya gedəcəyəm.
Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının əməkdar müəllimi,
Təhsil Nazirliyinin Elmi-Metodiki Şurasının bölmə üzvü,
Avropa Azərbaycan Məktəbinin kafedra müdiri.

Bu xəbər oxucular tərəfindən 993 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |