25.02.2013 [10:37] - Gündəm, Güney Azərbaycan xəbərləri
Azərbaycan 33 iranlı məhbusu cümə günü İrana təhvil verib. Bu barədə Trend-ə İranın Azərbaycandakı səfirliyinin mətbuat xidməti məlumat verib.
Yaxın vaxtlarda İranda olan bir neçə azərbaycanlı məhbus da qaytarılacaq.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin tabeliyindəki qurumlarda 200 nəfərədək İran İslam Respublikasının vətəndaşı olan təqsirləndirilən şəxs və məhkum saxlanılır. Bu barədə Azərbaycan ədliyyə Nazirinin müavini, Penitensiar Xidmətin rəisi ədliyyə general-leytenantı Mədət Quliyev İranın Azərbaycandakı səfiri Möhsün Pak ayiin ilə görüşündə bildirib.
Səfir Azərbaycanın cəzaçəkmə müəssisələrindəki İran vətəndaşlarının saxlanma şəraitindən, eləcə də onlarla mütəmadi görüş üçün səfirlik əməkdaşlarına yaradılmış şəraitdən məmnun olduqlarını ifadə edib.

Bu xəbər oxucular tərəfindən 603 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |