Şrift:
Türkiyə ilə İsveç arasında təhlükəsizliklə bağlı ilk toplantı keçiriləcək
18.09.2024 [10:09] - Türk dünyası-Turan
Türkiyə ilə İsveç arasında Təhlükəsizlik Mexanizmi üzrə ilk toplantı sabah Ankarada keçiriləcək.

Bu barədə “Star Gazetesi” məlumat yayıb.

Bildirilib ki, Ankarada keçiriləcək iclasa xarici işlər naziri Hakan Fidan və İsveçin xarici işlər naziri Maria Malmer Stenerqard sədrlik edəcək.

İclasın gündəliyində təhlükəsizlik, xüsusilə də terrorizmlə mübarizə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunacaq. Bu çərçivədə xüsusilə PKK/PYD/YPG və FETÖ terror təşkilatları kontekstində əlavə addımların atılması gözlənilir.

Bundan əlavə, nazir Fidanın İsveç xarici işlər naziri Stenerqard ilə görüşündə ikitərəfli məsələləri, regional və qlobal hadisələri müzakirə edəcəyi gözlənilir.
Bu xəbər oxucular tərəfindən 1488 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed