19.09.2024 [09:45] - Gündəm
“Qlobal təşəbbüslər irəli sürülərkən biz çalışdıq ki, iqlim gündəliyinin 3 əsas sütunu arasında iqlim maliyyəsi, mitiqasiya və adaptasiya balansını müəyyən edək. İkinci əsas prinsip istifadə edilən ambisiyaların artırılması ilə praqmatizm arasında balansın təmin edilməsi, üçüncü dayanıqlı inkişaf məqsədlərinin 3 əsas ölçüsü olan iqtisadi-sosial və ətraf-mühit ölçüləri arasında balansı təmin etmək, dördüncü isə bizim siyahımızda sadəcə qlobal təşəbbüslər yox, eyni zamanda regional təşəbbüslərin də olmasıdır. Sonuncu prinsip isə bizim təşəbbüslər vasitəsilə insanlarla təbiət arasında harmoniyanın təmin edilməsidir”.
Bunu bu gün Bakıda keçirilən 12-ci Beynəlxalq “Caspian Energy Forumu”nda COP29 Fəaliyyət gündəliyinin qlobal təşəbbüslər qrupunun həmsədri Elmar Məmmədov çıxışı zamanı deyib.
O bildirib ki, qlobal təşəbbüslər sırasında ilk sırada İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondunun yaradılması dayanır:
“İkinci əsas təşəbbüs iqlim maliyyəsi, investisiya və ticarət üzrə Bakı təşəbbüsü BICFIT adlanan təşəbbüsdür. Bu təşəbbüsün əsas mahiyyəti ondan ibarətdir ki, hazırda qlobal səviyyədə qəbul edilən sənədlər, müxtəlif vədlər- bütün bunların əsas məqsədi emissiyaların azaldılmasıdır. Əslində bu səbəblər yaşıl keçidi sürətləndirir”.

Bu xəbər oxucular tərəfindən 279 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |