Şrift:
Dünən Təbrizdə 50 nəfər milli fəal həbs edilib
25.02.2013 [11:22] - Güney Azərbaycan xəbərləri
Güney Azərbaycandan davam.az saytına daxil olan məlumata əsasən,24 Fevral 2013-ci il tarixində axşam saat 21 radələrində 40 nəfərə yaxın təhlükəsizlik məmurları(ETTELAAT) Təbrizin Gölşəhr məhəlləsində yerləşən "Yanar" çayxanasına qəfildən hücum edərək orada toplaşan 50 nəfərə yaxın milli hərəkat fəalını həbs edərək naməlum istiqamətə aparıblar.Məlumatda bildirilir ki çayxanaya toplaşan milli fəallar 1992-ci il 26 Fevral erməni və rusl hərbi birləşmələri tərəfindən Xocalı sakinlərinin soyqırımnın 21-ci il dönümü münasibətilə tədbirlərin keçirilməsi və Traxtor futbol komandasının yarışlarında soyqırım qurbanlarının xatirəsini əks etdirən afişaların hazırlanmasına qərarlar qəbul etməsinə tpolanmışlar.Lakin Ermənilərin vəhşi əmələrinədə bir başa əli olan İran rejiminin təhlükəsizlik məmurları müsəlman Xocalı sakinlərinin müdafiəsinə qalxan Güney Azərbaycanlıları qəfildən həbs edərək toplantının keçirilməsinə mane olub və orada iştirak edənləri vəhşicəsinə döyərək həbs ediblər.Həbs olunan soydaşlarımızın bəzilərinin adları bunlardır Salar Turi,Məhəmməd Əmiri və Əli Sirnak-ın adları müəyənləşib digər həbs olunan soydaşlarımızın adları tam dəqiqləşmədiyindən yaxın günlərdə bu haqda məlumat verəcəyik.

Dünən Təbrizdə 50 nəfər milli fəal həbs edilib
Bu xəbər oxucular tərəfindən 964 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed