25.02.2013 [11:38] - Siyasət
Türkiyə hökumətinin qərarı ilə parlamentin üç deputatı PKK lideri Abdulla Öcalanla görüşmək məqsədi ilə İmralı adasına yola düşüb.
PKK-nin siyasi qanadı sayılan Barış və Demokrasi Partiyasının (BDP) parlament təmsilçiləri Pervin Buldan, Sırrı Süreyya Önder və Altan Tandan ibarət heyət Sahil Təhlükəsizliyi İdarəsinə aid gəmi ilə yerli vaxtla saat 9.20-də İstanbulun Ataköy limanından İmralı adasına hərəkət edib.
BBC yazır, Türkiyə hökumətinin qərarı ilə parlamentin üç deputatı PKK lideri Abdulla Öcalanla görüşmək məqsədi ilə İmralı adasına yola düşüb.

Yola düşərkən millət vəkilləri açıqlama verməyiblər. Pərvin Buldan jurnalistlərə həyəcan keçirdiyini etiraf etməklə kifayətlənib.
Mətbuata əsasən Pərvin Buldan Öcalan üçün qələm və təsbeh, Sırrı Süreyya Önder isə Avropa Birliyi ölkələrinin konstusiyalarının müqayisəli təhlili verilmiş kitabı və Türkiyə Böyük Millət Məclisinin Çevrilişləri Araşdırma Komissiyasının hesabatını aparıb.
Türkiyənin tez-tez “Baş Terrorçu” adlandırdığı Abdulla Öcalan ölkənin qərbindəki Mərmərə dənizinin cənubunda yerləşən İmralı adasındakı həbsxanada 1999-cu ildən bəri saxlanılır.
Qərb ölkələri onun həbsxana şəraitinin yaxşılaşdırılmasına çağırdıqdan sonra Türkiyə hökuməti bu istiqamətdə bir sıra müsbət addımlar atıb.
Kürd İşçi Partiyası – PKK Türkiyə, Avropa İttifaqı və ABŞ tərəfindən terrorçu təşkilat kimi tanınır.
Təşkilat Kürd muxtariyyəti əldə etmək üçün 1984-cü ildə Türkiyə hökumətinə qarşı silahlı kampaniyaya başlayıb. O zamandan bəri münaqişə nəticəsində 40 mindən çox insan həyatını itirib.

Bu xəbər oxucular tərəfindən 850 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |