Şrift:
Güney azərbaycanlılarının hüquqlarını dəstəkləyin!" [Video]
25.02.2013 [11:53] - Gündəm, Güney Azərbaycan xəbərləri
21 fevral Beynəlxalq Ana Dili Günü münasibətilə keçirilən tədbirdə üzərində "Güney azərbaycanlılarının hüquqlarını dəstəkləyin", "Siyasi məhbusları azad edin" sözləri yazılmış plakatlar qaldırılıb, "İran yalnız farsların deyil" kimi şüarlar səsləndirilib.

Tədbir zamanı oxunular bəyanatda deyilir ki, İran farslarla bərabər azərbaycanlılar, kürdlər, bəluclar, lorlar, türkmən və digər xalqlara vətəndir. "İranın ən böyük etnik qrupu olan türklər İran əhalisinin üçdə bir hissısini təşkil edir. Güney azərbaycanlı insan hüquqları müdafiəçiləri yasaqlanan ana dilində təhsil uğrunda mübarizə aparır, baxmayaraq ki, İran konstitusiyası hər bir dildə sərbəst təhsil hüquqularını təmin edilir," deyə bəyanatda bildirilir.


İranın ən böyük etnik qrupu olan türklər İran əhalisinin üçdə bir hissısini təşkil edir. İranın azərbaycanlı insan hüquqları müdafiəçiləri yasaqlanan ana dilində təhsil uğrunda mübarizə aparır.Sənəddə deyilir ki, İranın hazırkı rejimi sabiq Pəhləvi rejimi kimi qeyri-fars qrupları fundamental hüquqlarından məhrum edib. Yerli mətbuat, idarəçilik və rəsmi sənədləşdirmələrin Azərbaycan türkcəsində aparılması qadağan edilib.

Tədbir iştirakçıları arasında azərbaycanlılara dəstəyini nümayiş etdirən amerikalılar da olub. Amanda Datriç Azərbaycan-ABŞ şəbəkəsinin nümayəndəsidir: "Mən bu gün buraya İran azərbaycanlılarının təqib və təzyiqlərə məruz qalması, ana dilidə tədris ala biilməməsi, uşaqlarına türk adları verə bilməməsinə ABŞ Dövlət Departamentindən dilomatik yolları vasitəsi ilə diqqətləri cəlb etmək üçün gəlmişəm," deyə o bildirib.

Beynəlxalq Ana dili Günü 1999-cu ilin noyabrında UNESCO-nun Baş Konfransında elan edilib və 2000-ci ilin fevral ayından etibarən hər il dilçilik, mədəni müxtəliflik və çoxdilliliyi təbliğ etmək üçün qeyd edilir.
Video reportaji aşağıdakı linkdən izləyə bilərsiniz
VİDEONU BURADAN İZLƏYİN!!!
Bu xəbər oxucular tərəfindən 796 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed