23.09.2024 [10:23] - Gündəm
ABŞ-ın Türkiyəyə F-35 qırıcılarının satışına maneənin aradan qaldırılması üçün yeni təklif irəli sürdüyü iddia olunub.
Yunanıstan mətbuatında dərc olunan xəbərə görə, Vaşinqton Rusiya istehsalı olan S-400 hava hücumundan müdafiə sistemlərinin İncirlik bazasında ABŞ-ın nəzarətindəki sektora təhvil verilməsi müqabilində Türkiyəni yenidən F-35 proqramına daxil edəcəklərini bildirib.
Yunanıstanın “Kathimerini” qəzetində yer alan xəbərə hələlik nə Türkiyə, nə də ABŞ tərəfi rəsmi münasibət bildirməyib.
Qeyd edək ki, ABŞ və NATO Türkiyənin S-400 sistemlərini almasını və istifadəsini problemli hesab edir. Onlar iddia edirlər ki, S-400 hava hücumundan müdafiə sistemləri heç bir şəkildə NATO-nun mövcud müdafiə və radar sistemlərinə inteqrasiya oluna bilməz.
Məhz buna görə də ABŞ 2019-cu il iyulun 17-də Türkiyəni layihə ortağı olduğu yeni nəsil F-35 döyüş təyyarələrinin istehsal prosesindən kənarlaşdırdığını açıqlamışdı.

Bu xəbər oxucular tərəfindən 239 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |