Şrift:
Mənsurə Qaçayqızı: - MİLLƏTİN HAQQI
25.02.2013 [13:02] - Gündəm, DAVAMın yazıları
Insan- bəşəriyyətin başlıca faktoru. Doğulduğu andan irqi, cinsi, milli mənsubiyyəti məlum. Və bütün bunları müəyyən yaş dövründən sonra təsdiq edən qanuni sənəd. – Şəxsiyyət vəsiqəsi.
Gəlin şəxsiyyət vəsiqəmizə baxaq.
Qan qrupundan tutmuş, gözün rənginə qədər bütün məlumatlar var. Doğru... Lazımdı.
Bəs milliyətimiz? – Azərbaycan Respublikasının vətəndaşı
Şəxsiyyət vəsiqəmizdə milliyətimiz niyə yazılmır? Nə səbəbə?
Azərbaycanlı – Azərbaycan Respublikasın vətəndaşı. Bəli, Azərbaycanda yaşayan bütün insanlar milliyətindən asılı olmayaraq Azərbaycanı sevə, qürur duya bilərlər. Mən Azərbaycanı sevirəm, elmimi-gücümü, bacarığımı Azərbaycana sərf edirəm, Azərbaycanın maraqlarına xidmət edirəm deyə bilərlər. Bu təbiidi. Çünki Azərbaycan vətəndaşlarıdı və haqqlarıdı. Və Azərbaycanda yaşayan hər kəs xoşbəxtdi ki, bu torpaqda dünyaya göz açıb. Azərbaycan məkan adıdı. Bu sözü bu gün mən də təkrarlamaq istəməzdim. Azərbaycan məkan adıdı deməkdən, eşitməkdən yoruldu millət.
Toxunduğum mövzu yad mövzu deyil və əksəryyətimizi narahat edən məsələdi. Həyatını bu mübarizəyə həsr edən yüzlərlə, minlərlə insanlarımız var.
Stalin represiyyasından, rus müstəmləkəsindən keçən, uzun bir zaman ərzində milli faciələrlə qarşılaşan millətin bu gün, Şəhidlərinin qanı bahasına əldə etdiyi müstəqillikdən 20 ildən atıq vaxt ötür. Müstəqil bir ölkənin bu mövzunu həll edə bilməməsi nə dərəcədə doğrudu? Biz hələ öz milli kimliyimizi, adımızı şəxsiyyət vəsiqəmizdə qeyd edə bilməmişik. Bu bir o qədər çətindirmi? Çox şeylərə nail olmuşuq deyirik. Amma yox, sovet imperiyasının caynağından qurtarandan sonra ən əsas bir məsələnin, öz soy-kökümüzü təsdiq etməmişik. Bu çox ciddi məsələdi. Bu mövzunun üzərində ciddi dayanmaq lazımdı. Bütöv Azərbaycanı dolanan yol burdan keçir. Turana yol burdan keçir.

Mənsurə Qaçayqızı - Yazar
Bu xəbər oxucular tərəfindən 1033 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed