Şrift:
XİN İsrail və Livandakı Azərbaycan vətəndaşlarına xəbərdarlıq edib
26.09.2024 [10:12] - Siyasət
Xarici İşlər Nazirliyi İsrail və Livandakı Azərbaycan vətəndaşlarına xəbərdarlıq edib.

Bu barədə nazirliyin rəsmi saytında məlumat verilib.
"Livan və İsrail arasında mövcud gərgin təhlükəsizlik vəziyyəti ilə əlaqədar Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən müvafiq olaraq 3 və 5 avqust 2024-cü il tarixlərində edilmiş səyahət xəbərdarlıqlarına ciddi şəkildə riayət etməyin vacib olduğunu diqqətə çatdırırıq. Bununla yanaşı, İsrail ərazisində xüsusi vəziyyət elan edilməsi ilə əlaqədar, vətəndaşlarımıza İsrailin Livan sərhədinə yaxın ərazilərə səfər etməməyi və yerli qurumların verdiyi təhlükəsizlik təlimatlarına uyğun davranmağı tövsiyə edirik", - məlumatda deyilir.

Əlaqə vasitələri:

Azərbaycan Respublikasının İsrail Dövlətindəki Səfirliyi

telaviv@mission.mfa.gov.az
+972 50 356 95 82

Azərbaycan Respublikasının Livan Respublikasındakı Səfirliyi

beirut@mission.mfa.gov.az
+961 4 922 066.
Bu xəbər oxucular tərəfindən 253 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed