Şrift:
Müdafiə Nazirliyi və “Azərsilah” memorandum imzalayıb
27.09.2024 [09:59] - Gündəm, Hərb
"ADEX-2024" və "Securex Caspian" sərgiləri çərçivəsində sentyabrın 26-da Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Müdafiə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyəti arasında birgə fəaliyyətlərin həyata keçirilməsi və qarşılıqlı əməkdaşlığın qurulmasına dair Anlaşma Memorandumu imzalanıb.

Bu barədə MN məlumat yayıb.
"Memorandum qurumlar arasında öz səlahiyyətləri daxilində fəaliyyət sahələrinə uyğun olaraq qarşılıqlı faydalı, uzunmüddətli, səmərəli əlaqələrin qurulması və inkişafı üçün əməkdaşlıq etmək, həmçinin bu istiqamətdə koordinasiyalı fəaliyyətlərin təşkili məqsədi daşıyır", məlumatda deyilir.
Bu xəbər oxucular tərəfindən 1168 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed