Şrift:
Bayden Ukraynaya əlavə dəstək tədbirləri elan edib
27.09.2024 [10:02] - Siyasət
Prezident Zelenskini bu gün yenidən Ağ Evdə salamlamaqdan qürur duyuram. Təxminən üç ilə yaxındır Birləşmiş Ştatlar Rusiya təcavüzündən azadlığını müdafiə edən Ukrayna xalqının yanında olmaq üçün dünyanı bir araya gətirib və mənim Administrasiyamın əsas prioriteti Ukraynaya qalib gəlməsi üçün lazım olan dəstəyi göstərmək olub.

Bu barədə ABŞ Prezidenti Co Baydenin Ukraynaya dəstək bəyanatında deyilir.

“Bu müddət ərzində Ukrayna Kiyev döyüşündə qalib gəldi, Rusiyanın müharibənin əvvəlində ələ keçirdiyi ərazilərin yarıdan çoxunu geri aldı və öz suverenliyini və müstəqilliyini qorudu. Ancaq görüləsi daha çox iş var”, - Bayden vurğulayıb.

ABŞ lideri bu gün Ukraynanın müharibədə qalib gəlməsinə kömək etmək üçün bir sıra əlavə tədbirlər elan edib.

Belə ki, Bayden Müdafiə Nazirliyinə səlahiyyət müddətinin sonuna qədər Ukraynaya ayrılmış bütün qalan təhlükəsizlik yardımı maliyyəsini ayırmağı tapşırıb. Bu səylərin bir hissəsi olaraq Konqres tərəfindən təsdiqlənmiş vəsaitlərdən qalan 5,5 milyard dolların Ukraynaya ayrılmasını təsdiqləyib.

Eyni zamanda, Müdafiə Nazirliyi Ukraynaya əlavə hava hücumundan müdafiə, pilotsuz uçuş sistemləri və hava-yer döyüş sursatları təqdim edəcək, həmçinin Ukraynanın müdafiə sənayesi bazasını gücləndirəcək.

Bundan başqa Ukraynaya 2,4 milyard dollarlıq təhlükəsizlik yardımı elan edilib.

Bayden Ukraynanın uzaqmənzilli zərbə imkanlarını artırmaq üçün Ukraynanı JSOW raketləri ilə təmin etmək qərarına gəldiyini bildirib: “Ukraynanın hava hücumundan müdafiəsini daha da gücləndirmək üçün mən Müdafiə Nazirliyinə Ukraynanı əlavə “Patriot” hava hücumundan müdafiə batareyası ilə təchiz etməyi və Ukraynanı əlavə "Patriot" raketləri ilə təmin etməyi tapşırdım. Bu, mənim ilin əvvəlində ABŞ-ın hava hücumundan müdafiə məhsulları ixracını Ukraynaya yönləndirmək qərarına əsaslanır ki, bu da gələn il ərzində Ukraynanı yüzlərlə əlavə “Patriot” və AMRAAM raketləri ilə təmin edəcək və Ukraynaya öz şəhərlərini və əhalisini müdafiə etməyə kömək edəcək”.

BaydenUkrayna Hərbi Hava Qüvvələrinin potensialını artırmaq üçün Müdafiə Nazirliyinə gələn il əlavə 18 pilotun hazırlanmasına dəstək olmaqla, Ukrayna F-16 pilotları üçün təlimləri genişləndirməyi də tapşırıb.
Bu xəbər oxucular tərəfindən 207 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed