Şrift:
Türkiyə vətəndaşlarının Livandan mümkün təxliyəsi üçün hazırlıqlara başlayıb
27.09.2024 [10:04] - Türk dünyası-Turan
Türkiyə ordusu Hizbullah və İsrail arasındakı qarşıdurmalara görə Türkiyə və xarici vətəndaşların Livandan mümkün təxliyəsi üçün hazırlıqlara başlayıb.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindəki mənbələr bildirib.

“Ordumuz vətəndaşlarımızın və əcnəbi vətəndaşların Livandan təhlükəsiz şəkildə təxliyəsi üçün istənilən missiyanı yerinə yetirmək üçün imkan və resurslara malikdir.

Hazırda Livanda baş verən hadisələr Xarici İşlər Nazirliyi ilə koordinasiyalı şəkildə yaxından izlənilir, mümkün təxliyə əməliyyatı çərçivəsində ilkin hazırlıq işləri aparılır”, - qeyd olunub.

O da bildirilib ki, Livana yardım koordinasiyalı şəkildə davam etdiriləcək.
Bu xəbər oxucular tərəfindən 1263 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed