Şrift:
Kirpdə Xocalı soyqırımı ilə bağlı yürüş keçirilib
25.02.2013 [13:20] - Xəbərlər, Türk dünyası-Turan
Bu gün Şimali Kipr Türk Respublikasının paytaxtı Lefkoşada “Xocalıya ədalət” şüarı ilə yürüş keçirilib.

Davam.az-ın məlumatına görə, Azərbaycan Kültür Mərkəzi, Qazetecilər və Yazarlar birliyi, Rauf Denktaş Düşüncələrini Yaşatma Dərnəyi və YDU Azərbaycanlı Tələbələr Birliklərinin təşkilatçılığı ilə keçirilən yürüyüşdə Kipr Milli Məclis və Azərbaycan, Türkiyə və Kiprdə fəaliyyətdə olan dərnəklərin nümayəndələri, həmçinin Kipr universitetlərinin tələbələri iştirak ediblər.

Yürüşün əsas məqsədi dünyanın bir neçə inkişaf etmiş ölkələrində olduğu kimi Xocalı soyqırımını, Azərbaycan həqiqətlərini dünyaya tanıtmaqdır. Yürüşdən dərhal sonra Türk Şəhidləri abidəsi önündə tədbir gerçəkləşib. Tədbir şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edildikdən sona açıq elan edilib. Mərasim Azərbaycan Respublikasının Dövlət Himni və Türkiyə Respublikalasının istiqlal marşı ilə davam edib. İştirak edən dərnəklərin təqdimatından sonra günün məna və önəmini ifadə edən çıxışlar səslənib.

Rauf R. Denktaş Düşüncələrini Yaşatma Dərnəyi adına Hatice Şahin, Şəhid Ailələri və Malul Qazilər Dərnəyinin prezidenti Ertan Ersan, YDU Azərbaycanlı Tələbələr Birliyi adına Rizvan Abdullayev və Vüsal Mürsəlzadə, YDU müəllimi Prof.Dr. Habib Derzinəvəsi və ŞKTR Azərbaycan Kültür Mərkəzi prezidenti Prof. Dr. Fəxrəddin Sadıqoğlu çıxışlarında Xocalı həqiqətlərindən rus və erməni ordusunun təxminən əliyalın on min insanın başlarına gətirdikləri müsibətlərdən danışıblar. Sonda isə Şəhidlər abidəsi önünə qərənfil qoyulub, xatirə şəkli çəkilib.
Bu xəbər oxucular tərəfindən 902 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed