Şrift:
COP29-da Xəzər-Qara Dəniz-Avropa yaşıl enerji dəhlizi üzrə ilkin nəticələr elan ediləcək
30.09.2024 [12:55] - Gündəm
Xəzər-Qara Dəniz-Avropa yaşıl enerji dəhlizinin texniki-iqtisadi əsaslandırmasının ilkin nəticələri noyabrda, Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində elan ediləcək.

Bunu Bakı İqlim Fəaliyyəti Həftəsinin (BİFH) açılış günündə energetika naziri Pərviz Şahbazov deyib.

Nazirin sözlərin sözlərinə görə, Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji əməkdaşlıq haqqında hökümətlərarası sazışın tezliklə imzalanması nəzərdə tutulub.
Bu xəbər oxucular tərəfindən 372 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed