30.09.2024 [12:58] - Gündəm
Azərbaycanı COP29-a ev sahibliyi etməsinə görə təbrik edirəm.
Bunu Bakı İqlim Fəaliyyəti Həftəsinin (BİFH) açılış günündə İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelin (IPCC) sədri Prof Sir Jim Skea deyib.
O bildirib ki, 2024-cü il ən isti il olub.
“Okean sularının temperaturu, meşə yanğınları, dəniz səviyyəsi artıb. Bu da ada dövlətləri üçün çox böyük təhlükə yaradır. Bizim iqlimimiz hazırda çətin vəziyyətdədir. Temperaturun 1.4 dərəcə artması biomüxtəlifliyin yox olmasına gətirib çıxara, qida təhlükəsizliyi ilə bağlı problem yarada bilər. COP29 çərçivəsində bu müzakirələr sübut edir ki, biz elmi müzakirələri BMT çərçivəsində davam etdirək".
"IPCC olaraq biz qiymətləndirmə işləri aparırıq. İqlim dəyişikliklərinin elm olaraq qəbul edilməsi üçün siyasətçilərlə müzakirə apardıq. Bu tədbirdə iştirak edən şəxslərdən dialoq mühitindən istifadə etməsini xahiş edirəm", - o əlavə edib.

Bu xəbər oxucular tərəfindən 394 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |