Şrift:
Muxtar Babayev: Beynəlxalq iqlim həftələri ənənə halını alır
30.09.2024 [13:01] - Gündəm
"Qürurvericidir ki, şəhərimiz bu həftə BİFH-ə ev sahibliyi edir”.

Bunu Bakı İqlim Fəaliyyəti Həftəsinin (BİFH) açılış günündə COP29-un müəyyən edilmiş Prezidenti Muxtar Babayev deyib.

O bildirib ki, beynəlxalq iqlim həftələri ənənə halını almaqdadır:

“Məhz bu, bizi Bakı İqlim Həftəsini keçirməyə həvəsləndirib. Əminəm ki, BİFH də digər iqlim həftələri kimi çox məhsuldar keçəcək. BMT Baş katibi ilə görüşdə COP-29-la bağlı fəaliyyətimizə böyük dəstək ifadə olundu. COP-un əsas hədəflərindən biri iqlim maliyyəsidir. Bizim əsas məqsədimiz ölkələrin fərqli imkanlarını nəzərə alaraq əlçatan iqlim maliyyəsinin təmin olunmasıdır. Bunun üçün beynəlxqlq maliyyə institutları ilə sıx əməkdaşlıq edirik. Qlobal səviyyədə yoxsulluğun azaldılması, dayanıqlılığın təmin edilməsi, iqlim maliyyəsinin əlçatanlığının təmin edilməsi üçün təsisatlar fəaliyyət göstərir. Səfərbər ediləcək maliyyə resursları da səmərəli istifadə edilməli, balans gözlənilməlidir. Hazırda aşağı inkişaf strategiyası hazırlanmaqdadır. Bu prosesdə bütün aidiyyəti qurumlarla məhsuldar iş davam etdirilir. İqlim dəyişiklikləri dünyanın hər yerində hiss olunmaqdadır. Son illər artan təbii fəlakətlər təhlükənin miqyasını göstərməkdədir".
Bu xəbər oxucular tərəfindən 389 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed