Şrift:
Aİ ölkələri Livandakı vəziyyətlə bağlı BMT TŞ-nin təcili iclasının çağırılmasını istəyib
01.10.2024 [13:05] - Gündəm, İqtisadiyyat
Asiya İnkişaf Bankı (AİB) bu gün Azərbaycana dəmir yolu sistemini rəqəmsallaşdırmağa, ölkənin dəmir yolu şəbəkələrinin təhlükəsizliyini, etibarlılığını və səmərəliliyini artırmağa kömək edəcək 47 milyon ABŞ dolları məbləğində krediti təsdiqləyib.
Bu barədə Banka istinadən xəbər verir. Qeyd edilib ki, Azərbaycan Dəmir Yollarının Rəqəmsal Transformasiyası Layihəsi vasitəsilə AİB milli dövlət dəmir yolu operatoru olan "Azərbaycan Dəmir Yolları"nın (ADY) əsas proseslərin rəqəmsallaşdırılmasına dəstək verəcək. Bunlara yük əməliyyatlarının idarə edilməsi, aktivlərin saxlanması və təmiri, investisiyaların planlaşdırılması daxildir.

Layihə həmçinin müştərilərin məlumatlara, o cümlədən daşınma qiymətləri və vergi hesablamalarına çıxış sistemini inkişaf etdirəcək. Layihə həmçinin ADY-nin büdcə və müqavilələrin idarə edilməsi kimi korporativ funksiyalarının rəqəmsal təkmilləşdirmələrini maliyyələşdirəcək.

AİB-in Mərkəzi və Qərbi Asiya üzrə baş direktoru Yevgeni Jukov deyib: “Modernləşdirilmiş və rəqəmsal olaraq təkmilləşdirilmiş dəmir yolu sistemi Azərbaycanın Şərqi və Mərkəzi Asiya iqtisadiyyatlarının Qafqaz və Avropa ilə əlaqələndirilməsində əsas rolunu dəstəkləyəcək”. “Biz Azərbaycana ticarət və əlaqə mərkəzi kimi güclü potensialını maksimum dərəcədə artırmağa kömək edəcək bu təşəbbüsü dəstəkləməkdən məmnunuq”.

Ölkənin strateji yerləşməsinə və hökumətin infrastrukturun inkişafına diqqət yetirməsinə baxmayaraq, Azərbaycanın dəmir yolu sektoru infrastrukturun köhnəlməsi və məhdud rəqəmsallaşma səbəbindən bazar payını saxlamaqda çətinlik çəkir.

AİB-in Nəqliyyat üzrə Mütəxəssisi Nanyan Çjou deyib: “Rəqəmsallaşma əməliyyat səmərəliliyinin artırılması, rəqabət qabiliyyətinin yüksəldilməsi və regional tranzit dəhlizlərində Azərbaycanın rolundan tam yararlanmaq üçün vacibdir”. “Bu maliyyələşdirmə sadələşdirilmiş məlumatların idarə edilməsi, optimallaşdırılmış aktivlərin idarə edilməsi və ümumi dəmir yolu əməliyyatları vasitəsilə ADY-nin əməliyyat və maliyyə göstəricilərini yaxşılaşdıracaq”.

Azərbaycanın dəmir yolu xətləri Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Təşkilatının (CAREC) 2 və 6 nömrəli dəhlizlərində əsas qovşaqdır, regionu kəsişən altı əsas iqtisadi və ticarət dəhlizindən ikisidir. Layihə dəmir yolu və multimodal infrastrukturun təkmilləşdirilməsinə, dəmir yollarının kommersiyalaşdırılmasına və islahatlarına yönəlmiş CAREC Nəqliyyat Strategiyası 2030 və CAREC üçün 2017-2030 Dəmir Yolu Strategiyası ilə uyğunlaşdırılıb.

Qeyd edək ki, Azərbaycan 1999-cu ildə banka qoşulandan bəri AİB suveren və özəl sektora, o cümlədən nəqliyyat, enerji, səhiyyə və kənd təsərrüfatı sahələrində 5 milyard dollardan çox yardım ayırıb.
Bu xəbər oxucular tərəfindən 871 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed