02.10.2024 [10:44] - Siyasət
“Financial Times” nəşrinin guya yeni xarici işlər naziri Andrey Sibiqanın ABŞ ilə Rusiya-Ukrayna münaqişəsində güzəştləri müzakirə etdiyi barədə yazısı həqiqəti əks etdirmir”.
Bu barədə Ukraynanın Xarici İşlər Nazirliyinin məlumatında bildirilib:
“Bu cür yanlış informasiyanın yayılmasının hansı qüvvələrə fayda verə biləcəyi də bizim marağımızda deyil”.
Nazirlik, həmçinin yazı müəllifinin guya Nyu-Yorkda keçirilən görüşdə iştirakı barədə fikirlərini də təkzib edib. Bildirilib ki, müzakirələrin heç birində kompromis gündəmə gətirilməyib:
“Nazirin güzəştlərlə bağlı fikirlərində hər hansı dəyişiklik yoxdur. O bu məsələdəki mövqeyini bağlı qapılar arxasında dəfələrlə qeyd edib. Ukraynanın suverenliyi və ərazi bütövlüyü kompromis mövzusu deyil”.
Qeyd edək ki, “Financial Times” nəşrində Ukraynanın yeni təyin olunmuş xarici işlər naziri Andrey Sibiqa ölkəsinin tərəfdaşları ilə birlikdə Rusiya-Ukrayna münaqişəsində güzəştlərlə bağlı müzakirələr apardığı barədə məqalə dərc olunub.
Yazıda A. Sibiqanın sələfi Dmitri Kulebadan fərqli olaraq hadisələrə daha praqmatik yanaşan bir diplomat olduğu qeyd edilib.

Bu xəbər oxucular tərəfindən 488 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |