Şrift:
İranın İsrailə raket hücumundan sonra neft 75 dollara kimi bahalaşıb
02.10.2024 [10:50] - Gündəm, İqtisadiyyat
İranın İsrailə raket hücumu birjalarda neftin qiymətini artırıb.

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin dekabr müqaviləsinin dəyəri 1,75% artaraq 1 barelə görə 74,85 ABŞ dollarına yüksəlib.

Paralel olaraq Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin noyabr ayında ixrac etməklə WTI (“West Texas Intermediate”) markalı neftin 1 barelinin qiyməti də 1,93% artaraq 1 barelə görə 71,18 ABŞ dolları təşkil edib.
Bu xəbər oxucular tərəfindən 859 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed