Şrift:
Təbrizdə “Yanar”dan sonra “Günəş” çayxanasına da hücum olub, tutulanlar var
26.02.2013 [10:27] - Güney Azərbaycan xəbərləri
Təbriz şəhərində “Traxtur-Əlcəzirə” takımları arasında keçiriləcək futbol müsabiqəsi, bir çox azərbaycanlı fəalın tutuqlanmasına səbəb olub.
Bazar günü “Yanar” çayxanasına hücum edib və 50-yə yaxın milli-mədəni fəalı yaxalayan təhlükəsizlik qüvvələri, “Günəş” çayxanasına da hücum ediblər. Məlumata görə, bu çayxanada da bir neçə milli-mədəni fəal tutuqlanıb və naməlum istamətə aparılıb. Hələlik tutulanların harda saxlanıldığı və kimliyi barəsində heç bir məlumat yoxdur.
Qeyd edək ki, bütün bu təzyiqlər bugün Təbrizdə Asiya Çempionatı Liqası çərçivəsində “Traxtur”la “Əlcəzirə” futbol takımları arasında keçiriləcək müsabiqə günlərinə və Xocalı faciəsinin 21-ci il dönümünə təsadüf edir. Görünür ki, rejim stadionda yaranacaq həyəcan və səsləndiriləcək millli şüarlardan və Xocalı facisinin 21 -ci ildönümünə həsrolunmuş plakatların nümayiş olunacaqından qorxuya düşüb bu səbəblərə görə erməni pərəst fars rejimi yüzə yaxın aparıcı milli fəalı həbs etməklə ehtimal olunan aksiyanın qarşısını almaqa çalışır.lakin bütün bu təziqlərə baxmayaraq Təbriz və ətraf şəhərlərdən əldə olunan məlumata görə futbol yarışı zamanı milli fəalların nəzrdə tutduqları bu şüarlar səsləndiriləcək.Türk Dilində Mədrəsə,Olmalıdır Hərkəsə,Ya Qarabağ Ya ölüm Başqa Yolu Yox Artıq,Azərbaycan Var olsun-istəməyən kor olsun,Yaşasın Azərbaycan.Fars,Rus,Erməni bunlar Türkün düşməni kimi şüarlar səsləndirilicək və Xocalı faciəsini əks etdirən plakartlar göstəriləcək.
Bu xəbər oxucular tərəfindən 736 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed