Şrift:
Çempionlar Liqası: Bu gün II turun növbəti oyunları keçirilib
03.10.2024 [10:23] - Gündəm, İdman
Bu gün UEFA Çempionlar Liqasında II turun növbəti oyunları keçirilib.

Madrid “Real”ı gözlənilmədən Fransada “Lill”ə uduzub.

Daha bir sensasiyaya İngiltərədə rast gəlinib. "Aston Villa" Almaniya nəhəngi "Bavariya"nı məğlub edib.

"Benfika" "Atletiko"nun qapısından 4 cavabsız top keçirib. Görüşə türkiyəli futbolçular damğa vurub. Kerem Aktürkoğlu və Orkun Kökçü hərəyə bir dəfə fərqləniblər.

"Yuventus" isə "Leypsiq" səfərində çətinlik çəkib. "Qoca sinyora" hesabda geri düşdüyü matçda əzmkar qələbə qazanıb.

UEFA Çempionlar Liqası
Liqa mərhələsi, II tur

2 oktyabr

20:45 "Jirona" (İspaniya) – "Feyenoord" (Niderland) 2:3
20:45 "Şaxtyor" (Ukrayna) – "Atalanta" (İtaliya) 0:3
23:00 "Aston Villa" (İngiltərə) – "Bavariya" (Almaniya) 1:0
23:00 "Benfika" (Portuqaliya) – "Atletiko" (İspaniya) 4:0
23:00 "Dinamo" (Zaqreb) – "Monako" (Fransa) 2:2
23:00 "Lill" (Fransa) – "Real" (İspaniya) 1:0
23:00 "Liverpul" (İngiltərə) – "Bolonya" (İtaliya) 2:0
23:00 "Leypsiq" (Almaniya) – "Yuventus" (İtaliya) 2:3
23:00 "Şturm" (Avstriya) – "Brügge" (Belçika) 0:1
Bu xəbər oxucular tərəfindən 1035 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed