Şrift:
Deputat İsmail Safi: “Xocalını unutmadıq və unutmaq mümkün deyil”
26.02.2013 [15:56] - Sosial
21 il bundan öncə 26 fevral 1992-ci ildə Azərbaycanın Xocalı qəsəbəsində 83-ü uşaq, 106-sı qadın və qocalar olan ümumi sayı 613 nəfər Azərbaycan türkü erməni komandirləri tərəfindən qətlə yetirilib.

Bu sözləri Türkiyə Böyük Millət Məclisinin üzvü, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasında Türkiyə nümayəndə heyətinin rəhbəri Dr. İsmail Safi Xocalı soyqırımı ilə bağlı fikirlərini bölüşərkən deyib.
“Bu acı gündə azərbaycanlı qardaşlarımızın yanındayıq və bu kədəri öz kədərimiz kimi bölüşürük. Ermənilər tərəfindən gerçəkləşdirilən bu vəhşiliyin gələcək nəsillər tərəfindən də nifrətlə yad ediləcəyini qeyd etmək istəyirəm.
Bu insanlıqdan kənar vəhşiliyin 21-ci ildönümündə Xocalıda qətlə yetirilən qardaşlarımızı bir daha rəhmətlə yad edirik. Xocalını unutmadıq və unutmaq mümkün deyil”, - deyə İ.Safi qeyd edib.

Elnur Eltürk
Bu xəbər oxucular tərəfindən 954 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed