Şrift:
Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı olacaq
08.10.2024 [10:54] - Xəbərlər, Gündəm, Mədəniyyət
Azərbaycanın Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı statusunu alacaq.

Bunu Rusiya Federasiyası Prezidentinin köməkçisi Yuri Uşakov brifinqdə deyib.

Onun sözlərinə görə, MDB liderlərinin Moskva sammitində humanitar məsələlər bloku çərçivəsində Azərbaycanın Laçın şəhərinə 2025-cı ildə, Ermənistanın Mehri şəhərinə 2026-ci ildə, Belarusun Molodeçno şəhərinə isə 2027-ci ildə birliyin mədəniyyət paytaxtı statusunun verilməsi ilə bağlı qərar layihələrini nəzərdən keçiriləcək.

Qeyd edək ki, 2024-cü ildə Özbəkistanın Səmərqənd şəhəri MDB-nin mədəniyyət paytaxtı statusuna layiq görülüb.
Bu xəbər oxucular tərəfindən 1116 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed