Şrift:
Putin: MDB çərçivəsində əməkdaşlıq Rusiyanın xarici siyasətinin əsas prioritetlərindən biridir
09.10.2024 [10:42] - Gündəm
MDB çərçivəsində qarşılıqlı fəaliyyət Rusiya Federasiyasının xarici siyasətinin əsas prioritetlərindən biridir.

Bunu Rusiya Prezidenti Vladimir Putin MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə keçirilən iclasında çıxışında deyib.

Onun sözlərinə görə, MDB ölkələri Rusiyanın ən yaxın qonşuları, dostları və strateji tərəfdaşlarıdır.

"Biz təbii ki, əməkdaşlığımızı hər cür gücləndirmək niyyətindəyik. Rusiyanın 2024-cü ildə MDB-yə sədrliyi konsepsiyası və bununla bağlı genişmiqyaslı tədbirlərin planı məhz buna hədəflənib", - deyə Putin vurğulayıb.
Bu xəbər oxucular tərəfindən 360 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed