26.02.2013 [17:45] - Güney Azərbaycan xəbərləri
Təbrizin “Traxtur” takımının Asiya Çempionlar Liqasının oyunlarına qatılması azərbaycanlılar arasında xüsusi həyəcan və hərəkətliliyin yaranmasına səbəb olub.
“Traxtur” tərəfdarları və milli saytlarda, həmçinin facebook səhifələrində İranda qadınların stadionda futbola tamaşa etməsinə qadağaya etiraz olaraq, “qızlar da gəlsin” şuarı ilə qadınların stadionun ətraf təpələrinə gəlib oradan futbolu tamaşa etməsinə dair çağırışlar yayılıb.
İranda qadınların futbol oyunlarına tamaşa etmək üçün stadiona getməsinə qoyulmuş qadağaya ilk ictimai etiraz keçmiş illərdə “Traxtur” fanatları tərəfindən həyata keçirilmişdi.
İnsan haqları qruplarının yaydığı hesabata görə, 2010 ilin aprelin 16-da çoxu qadın olmaqla Təbrizin Səhənd stadionu ətrafındakı təpələrdən oyunu tamaşa edən 25 azərbaycanlı nəzarət altına alınıb, saatlarla sorğu-sualdan sonra sərbəst buraxılıblar.

Bu xəbər oxucular tərəfindən 861 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |