Şrift:
İcma: “Ermənistan hökumətindən azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə qayıdışına şərait yaratmağı tələb edirik”
14.10.2024 [10:23] - Qərbi Azərbaycan-İrəvan
Ermənistanın Prezidenti Vahaqn Xaçaturyan ölkəsinin mətbuatına verdiyi müsahibəsində ermənilərin Azərbaycanın Qarabağ bölgəsinə qayıtması məsələsindən danışıb.

Bununla bağlı Qərbi Azərbaycan İcmasının bəyanat yayıb.

Bəyanatda bildirilir:

“Ermənistan rəhbərliyinin Azərbaycanın reinteqrasiya təklifindən imtina edib, Qarabağdan köçüb getmiş ermənilərin qayıdışından danışdığı halda, Ermənistandan qovulmuş azərbaycanlıların qayıdışından danışmaması absurddur. Bu, Ermənistan tərəfinin ayrı-seçkilik siyasətini açıq şəkildə göstərir.

Ermənistan rəhbərliyinin qayıdış məsələsində qarşılıqlılıq prinsipini gözardı etməsini və azərbaycanlıların Ermənistana qayıdış hüququnu pozmasını qətiyyətlə qınayırıq və Ermənistan hökumətindən azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə qayıdışına şərait yaratmağı tələb edirik”.
Bu xəbər oxucular tərəfindən 835 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed