15.10.2024 [11:54] - İqtisadiyyat
Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2024-2025-ci illər üçün “OPEC+” razılaşmasına (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) daxil olmayan ölkələrdə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu yeniləyib.
Cari il “OPEC+” razılaşmasına daxil olmayan ölkələrdə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatının 53,07 mln. barel olacağı ehtimal olunur (proqnoz dəyişməyib), bu 2023-cü ilin göstəricisi ilə müqayisədə 1,23 mln. barel çoxdur.
Proqnoza əsasən, 2025-ci ildə “OPEC+”a daxil olmayan ölkələrdə gündəlik neft hasilatı 54,17 mln. barel olacaq (öncəki proqnoz göstəricisinə bərabərdir), bu da 2024-cü ilin proqnoz göstəricisi ilə müqayisədə 1,11 mln. barel artım deməkdir.
Hesabata əsasən, ötən il “OPEC+” razılaşmasına daxil olmayan ölkələrdə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 51,84 mln. barel səviyyəsində olub.
Qeyd edək ki, “OPEC+” OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüsdür. Azərbaycan da “OPEC+” razılaşmasının iştirakçısıdır.

Bu xəbər oxucular tərəfindən 658 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |