Şrift:
Şimali Koreya ordusu Cənubi Koreyaya gedən yolları partladıb
15.10.2024 [12:17] - Gündəm
Koreya Xalq Demokratik Respublikası ölkəni Cənubi Koreya ilə birləşdirən yol infrastrukturunu partladıb.

Bu barədə “Yonhap” agentliyi Koreya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinə istinadən məlumat yayıb.

Hesabatda qeyd edilir ki, tədbirlər yarımadanın qərb və şərqindəki nəqliyyat xətlərinə təsir edib.

"Şimali Koreya günorta saatlarında hərbi demarkasiya xəttinin şimalındakı yolların hissələrini partladıb. Ordumuz hazırlığı və nəzarəti artırır", - məlumatda deyilir.
Bu xəbər oxucular tərəfindən 206 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed