Şrift:
COP29 çərçivəsində Parlament Konfransının təşkili müzakirə olunub
15.10.2024 [13:27] - Siyasət
İsveçrənin Cenevrə şəhərində işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova Parlamentlərarası İttifaqın (PAİ) Baş katibi Martin Çunqonq ilə görüşüb.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.

Görüşdə Azərbaycan Respublikasının Milli Məclisi ilə Parlamentlərarası İttifaq arasında əməkdaşlıq məsələləri nəzərdən keçirilib. Martin Çunqonq Azərbaycanın təşkilatda yüksək səviyyədə və fəal şəkildə təmsil olunmasını təqdir edib.

Görüşdə cari ilin noyabrında Bakı şəhərində keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 çərçivəsində Parlament Konfransının təşkili ilə əlaqədar hazırlıq işləri ilə bağlı da müzakirələr aparılıb. Parlament konfransının COP29 çərçivəsində keçiriləcək tədbirlərə parlament platformasında mühüm dəstək verəcəyinə əminlik ifadə olunub. Vurğulanıb ki, konfrans parlamentarilərə fikir mübadiləsi aparmağa və iqlim dəyişikliyi ilə mübarizədə təkliflərlə və yeni ideyalarla çıxış etməyə imkan verəcək.
Bu xəbər oxucular tərəfindən 650 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed