Şrift:
Gənclər Quzey Kıbrısın Azərbaycandakı səfirilə görüş keçirəcək
27.02.2013 [11:34] - Gündəm, Gənclik
Azərbaycan-Kıbrıs Türk Cəmiyyəti Quzey Kıbrıs Türk Cümhuriyyətinin Azərbaycandakı diplomatik nümayəndəliyinin rəhbəri Sadeddin Topukçu ilə gənclərin görüşünü keçirəcək.
Quzey Kıbrısın Azərbaycanda tanıdılması istiqamətində iş aparan yeganə təşkilat olan AKTC müxtəlif layihələr həyata keçirməklə iki türk dövləti arasında körpü rolunu oynamağa çalışır.
Görüşdə QKTC-nin müstəqillik tarixi, dünya tərəfindən aparılan embarqo siyasətinin aradan qaldırılması və Türk Birliyi yolunda onun müstəqilliyinin digər türk dövlətləri tərəfindən tanınması kimi məsələlər müzakirə olunacaq. Səfir gənclərin suallarını cavablanıracaq.

Görüş 27 fevral saat 15-00-da Dünya Azərbaycanlıları İnformasiya Mərkəzində keçiriləcək.
Ünvan: İçərişəhər m.İstiqlaliyyət 8
Əlaqə: (+994)70 347 27 75 Hüseyin Günəşli
Bu xəbər oxucular tərəfindən 1076 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed