18.10.2024 [09:43] - Gündəm
Milli Dirçəliş Hərəkatı Partiyası Qarabağ Departamentinin sədri, partiya sədrinin müavini Şakir Ağayevin 70 yaşı tamam olur. Bu münasibətlə MDHP sədri Fərəc Quliyev onu öz adından, bütün partiyadaşları və hərəkat yoldaşları adından təbrik edir, ona can sağlığı, həyatında, işlərində və milli mücadilədəki fəaliyyətində uğurlar arzulayır. Təbrikdə bildirilir ki, gəncliyindən Azərbaycanın müstəqilliyi uğruna Milli Azadlıq Hərəkatına qoşulan Şakir bəy, hərəkatçı kimi necə fəal idisə, dövlətin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə də eyni fədakarlığı göstərmiş bir Vətən oğludur. Milli ordunun formalaşmasında xidmətləri olan Şakir Ağayev özü də ən qaynar döyüşlərdə iştirak etmiş veterandır.
Vətənpərvərliyi, millətsevərliyi, mərdliyi və s. yüksək keyfiyyətləri ilə Şakir Ağayev onu tanıyan hər kəsin hörmətini qazanan bir insandır.
Şakir bəyi doğum günü və mənalı həyatı münasibətiylə təbrik edirik, ona tutduğu bu şərəfli və çətin yolda uğurlar arzulayır, zəfər sevincini yaşamağı diləyirik!
Gözəl valideyn və qayğıkeş baba olan Şakir bəyə həmişə ailəsinin başında fərəhlə durmağı arzulayırıq!

Bu xəbər oxucular tərəfindən 780 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |