30.10.2024 [11:25] - Gündəm
Rusiyada qanunsuz miqrasiyanın təşkili xüsusilə ağır cinayət kimi təsnif ediləcək.
Bu gün Rusiya Dövlət Duması qanunsuz miqrasiyaya qarşı mübarizəyə yönəlmiş 4 qanun qəbul edib.
Belə ki, Rusiya Federasiyasının Cinayət və Cinayət-Prosessual məcəllələrinə qanunsuz miqrasiyaya qarşı mübarizə mexanizmlərinin təkmilləşdirilməsi baxımından dəyişikliklər edilib.
Mütəşəkkil dəstə tərəfindən və ya ağır və ya xüsusilə ağır cinayətlər törətmək məqsədi ilə qeyri-qanuni miqrasiyanın təşkili xüsusilə ağır cinayətlərə daxil edilib.
Bu cinayəti törədən şəxslər 8 ildən 15 ilədək müddətə azadlıqdan məhrum ediləcək. Əvvəllər bu cinayətə görə maksimum müddət 7 ilə qədər olub.
Sənədlərin saxtalaşdırılmasına və ya dövriyyəsinə, əcnəbi vətəndaşların saxta qeydiyyatı bağlı cinayətlərə görə də məsuliyyətin artırılması tədbirləri müəyyən edilib. Bunsan sonra bu cinayəti törədənlər 2 ildən 6 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaqlar.
Digər qəbul olunan qanun isə Rusiya ərazisində qanunsuz olan şəxsin cinayət törətməsinin ağırlaşdırıcı hal kimi tanınmasıdır. Bu, qanunsuz miqrantlara cəza təyin edərkən, şərti cəzadan yayınarkən daha yüksək məsuliyyət müəyyən etməyə imkan verəcək.
Yeni qəbul olunan qanuna görə, vasitəçilərin miqrantlar üçün imtahanların təşkili və idarə edilməsində iştirakına tam qadağa qoyulub.

Bu xəbər oxucular tərəfindən 146 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |