Şrift:
Türkiyənin baş konsulu: İğdır-Naxçıvan qaz kəmərinin önümüzdəki günlərdə tamamlanacağı gözlənilir
30.10.2024 [11:33] - İqtisadiyyat
İğdır-Naxçıvan qaz kəmərinin önümüzdəki günlərdə tamamlanacağı gözlənilir.

Bu sözləri Türkiyənin Naxçıvandakı baş konsulu Asip Kaya Naxçıvanda Türkiyə Cümhuriyyətinin 101-ci ildönümü münasibətilə keçirilən tədbirdə jurnalistlərə müsahibəsində deyib.

O bildirib ki, bugün Türkiyə Cümhuriyyətinin yaradılmasının 101-ci ildönümü Naxçıvan Muxtar Respublikasında da böyük coşqu ilə qeyd olunub:

"Tədbirdə demək olar ki, Naxçıvanın bütün rəsmi şəxsləri iştirak edirdi. Sevincimizi bizimlə paylaşdıqları üçün hər birinizə ayrılıqda təşəkkürümüzü bildiririk. Bu təkcə bizim sevincimizi yox, həm də Azərbaycanın sevincidir. Türkiyə və Azərbaycan arasında olan qardaşlıq bütün dünyaya örnəkdir, xalqlarımız arasında dostluq, qardaşlıq lap qədimlərə söykənir. Acı gündə, sevincdə, kədərdə hər zaman bir birimizin yanında olduq".

Asıl Kaya qeyd edib ki, Türkiyə Azərbaycan əlaqələri, Türkiyə Naxçıvan əlaqələri hər keçən gün daha da genişlənir: "Türkiyə və Naxçıvan arasında olan əlaqələrin genişlənməsi üçün mütəmadi olaraq çalışırıq, böyük işlər görülüb və bundan sonrakı dönəmdə də bu davam edəcək. Türkiyə olaraq hər zaman Azərbaycanın yanındayıq.


"Bildiyiniz kimi İğdır-Naxçıvan qaz kəmərinin təməli ötən ilin sentyabr ayında hər iki ölkənin prezidenti tərəfindən atılıb. Qaz kəmərinin önümüzdəki günlərdə tamamlanacağı gözlənilir. İnşallah, bitdikdən sonra gözəl bir açılışla bu Naxçıvan camaatına təqdim ediləcək" - deyə baş konsul əlavə edib.
Bu xəbər oxucular tərəfindən 250 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed