Şrift:
Azərbaycanın bəzi ərazilərinə qar yağacaq
27.02.2013 [13:59] - Gündəm, Bildiriş
Yaxın iki gün ərzində Azərbaycanın bəzi ərazilərinə qar yağacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev çərşənbə günü bildirib ki, fevralın 28-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, arabir tutulacağı gözlənilir.
Havanın, əsasən, yağmursuz keçəcəyi, axşam bəzi yerlərdə buludluluğun artacağı, gecəyə doğru bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman müşahidə ediləcək. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-6, gündüz 6-11 dərəcə isti olacaq.
Martın 1-də havanın gündüz dəyişkən buludlu olacağı, gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Martın 1-də gecə və səhər bəzi yerlərdə duman müşahidə ediləcək. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3 dərəcəyə yaxın isti, gündüz 5-10 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında fevralın 28-də hava şəraiti duman və çiskinli olacaq. Gündüz qərb rayonlarından başlayaraq, havanın yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı gözlənilir. Havanın temperaturu gündüz Aran rayonlarında gündüz 7-12 dərəcə isti, dağlarda 2-7 dərəcə isti olacaq.
Martın 1-də də rayonlarda havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar və qar yağacağı gözlənilir. Ötən günlə müqayisədə martın 1-də havanın temperaturunda mühüm fərq olmayacaq.
Bu xəbər oxucular tərəfindən 1017 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed