Şrift:
Təbrizdə Muğam müsabiqəsi keçirilir
27.02.2013 [14:02] - Güney Azərbaycan xəbərləri, Mədəniyyət, Güney Azərbaycan-Təbriz
Birinci Fəcr Muğam Festivalı fevralın 25-də Təbrizdə keçirilir. İranın rəsmi xəbər agentliklərinin yaydığı məlumatına görə, musabiqədə 72 müğşnni və musiqiçi iştirak edir.

İkigünlük tədbirin qalibləri 5 xanəndə, tar, kamança, tütək, nağara, qoşanağara, ud, balaban, qaval, kanon və qarmon kimi çalğı aləti ifaçıları münsiflər heyəti tərəfindən seçiləcək.

Zəncan, Ərdəbil, Qərbi və Şərqi Azərbaycan vilayətləri, habelə Tehran şəhərindən də musiqiçilər müsabiqəyə qatılıb.

Səs ustadları Nemət Cavanşir, Vədud Müəzzin, Nasir Ətapur və Əhməd Səttari, şair və incəsənət xadimi Xosrov Sərtibi, tar ustadı Murad Kaşif və kamança ustadı Səid Mirzazadə musabiqənin jüri üzvləridirlər.

Azərbaycan veb səhifələri uzun illər boyu Azərbaycan musiqisini məhdudlaşdıran İran İslam Respublikasının bu həcmdə bir musiqi festivalı keçirməsini qeyri-adi hal kimi qiymətləndirir.

Bu saytların yazdığına görə, gənclərin Azərbaycan musiqisinə olan marağı və rəğbətinin surətlə artması nəticəsində onların Azərbaycan Respublikasına cəlb edilməsi İran İslam Respuklikasını qorxudur və hökümət ölkə daxilində belə festivalların keçirilməsinə şərait yaratmağa məcbur olub.
Bu xəbər oxucular tərəfindən 1171 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed