Şrift:
Azərbayan Misirə nota verdi
03.11.2011 [16:44] - Xəbərlər
Azərbaycanın Misir Ərəb Respublikasındakı (MƏR) səfirliyi tərəfindən Misirin “Mobinil” mobil operator şirkətinin Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyət göstərən “Karabakh Telecom” ilə rouminq sahəsində əməkdaşlıq etdiyi müəyyən edilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu əməkdaşlığın dayandırılması üçün səfirlik tərəfindən Misirin Xarici işlər və Rabitə və İnformasiya texnologiyaları nazirliklərində görüşlər keçirilib və Misir tərəfinə “Mobinil” ilə “Karabakh Telecom” arasında əməkdaşlığın dayandırılması üçün nota ilə müraciət edilib.

Notada Beynəlxalq Telekommunikasiya İttifaqının rəhbər sənədləri və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə zidd olaraq, “Mobinil”-in “Karabakh Telecom” ilə əməkdaşlığının və Azərbaycan hökumətinin rəsmi icazəsi olmadan respublikamızın telekommunikasiya məkanına müdaxiləsinin Azərbaycan suverenliyi və ərazi bütövlüyünün pozulması olduğu bildirilərək bu əməkdaşlığın dayandırılması üçün lazımı tədbirlərin görülməsi xahiş olunub.

Azərbaycan Respublikasının müraciətinə uyğun olaraq Misir hökuməti tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində “Mobinil” ilə “Karabakh Telecom” arasındakı əməkdaşlıq dayandırılıb.
Bu xəbər oxucular tərəfindən 1036 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed