Şrift:
TƏBİB-in İcraçı direktoru hərbi xidmətə çağırış komissiyasının üzvləri sırasına daxil edilib
04.11.2024 [10:24] - Gündəm
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İcraçı direktoru Azərbaycan Respublikası vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırışı üzrə Mərkəzi Çağırış Komissiyasının üzvləri sırasına daxil edilib.

Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikası vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırışı üzrə Mərkəzi Çağırış Komissiyasının tərkibi”ndə dəyişiklik edib.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Komissiyanın üzvləri sırasından çıxarılıb.
Bu xəbər oxucular tərəfindən 124 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed