Şrift:
Putin Kremldə Şimali Koreyanın xarici işlər nazirini qəbul edib
05.11.2024 [10:42] - Siyasət
Rusiya prezidenti Vladimir Putin Şimali Koreyanın xarici işlər naziri Çoi Sonq Hi ilə görüşüb.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Putin Rusiyada işgüzar səfərdə olan KXDR-in xarici işlər naziri Çoi Sonq Hini Kremldə qəbul edib.

Qeyd edək ki, Şimali Koreya XİN başçısı ötən həftədən Rusiyada səfərdədir. O, noyabrın 1-də Rusiya XİN başçısı Sergey Lavrovla danışıqlar aparıb.
Bu xəbər oxucular tərəfindən 108 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed