Şrift:
Azərbaycanın hərbi prokuroru: “Fevralın 11-də qəzaya uğramış vertolyotun “qara qutu”su artıq oxunub”
27.02.2013 [14:28] - Gündəm, Hadisə
“Müdafiə Nazirliyinə məxsus hərbi vertolyotun fevralın 11-də qəzaya uğraması ilə bağlı hazırda ekspertizalar keçirilir. Ekspertizanın nəticəsindən asılı olaraq qərar veriləcək”.

Bunu açıqlamasında Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyev deyib.

X. Vəliyevin sözlərinə görə, vertolyotun “qara qutu”su da artıq oxunub: “Amma “qara qutu”nun oxunması ilə iş bitmir. Hər şey “qara qutu”luq olsa, nə vardı ki? Hazırda istintaq aparılır. Ekspertizanın rəyindən asılı olaraq, hadisənin başvermə səbəbi dəqiq məlum olacaq. Müxtəlif versiyalar olsa da, bunları açıqlaya bilməyəcəyəm. Dəqiq səbəb ekspertizanın nəticəsindən sonra məlum olacaq”.
Bu xəbər oxucular tərəfindən 947 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed