05.11.2024 [10:51] - Gündəm
Beynəlxalq Əmək Təşkilatı (BƏT) Fələstinin təşkilat daxilində statusunun “milli azadlıq hərəkatı”ndan “müşahidəçi dövlət”ə dəyişdirilməsi ilə bağlı qərar qəbul edib.
Fələstinin “WAFA” xəbər agentliyinin məlumatına görə, BƏT-in İcraiyyə Şurası Ərəb Həmkarlar İttifaqları Konfederasiyasının prezidenti Şahir Səədlə yanaşı ərəb və beynəlxalq birliklərin nümayəndələrinin iştirakı ilə toplantı keçirib.
İclasda Fələstinin təşkilat daxilində statusunun "milli azadlıq hərəkatı"ndan "müşahidəçi dövlət"ə dəyişdirilməsi ilə bağlı qərar qəbul edilib.
Səəd bildirib ki, qərar nəhayət 2025-ci ilin iyununda keçiriləcək Beynəlxalq Əmək Konfransında təsdiqlənəcək.
Qərarın Fələstinə BƏT-in bütün təşkilati strukturunda tam iştirak hüququ və "iştirakçı üzvlüyə" keçid imkanı verdiyini vurğulayan Səəd, Fələstinin ilk dəfə 2025-ci ildə hökumət, işçilər və işəgötürənlərdən ibarət üçtərəfli rəsmi nümayəndə heyəti ilə konfransda iştirak edəcəyini bildirib.

Bu xəbər oxucular tərəfindən 109 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |