Şrift:
Riçard Morninqstar: “Dağlıq Qarabağ münaqişəsi bütün azərbaycanlılar üçün çoxsaylı ağrı-acıya səbəb olub”
27.02.2013 [20:26] - Gündəm, Hərb
ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Xocalı soyqırımı ilə bağlı Ağ Evin rəsmi saytında yerləşdirilmiş petisiya ilə bağlı verilən cavabı jurnalistlərə belə şərh edib.

Səfir qeyd edib ki, günahsız mülki vətəndaşların öldürülməsi qəbuledilməzdir və faciədir: “Mən ABŞ-ın Azərbaycana təyin edilmiş səfiri kimi demək istəyirəm ki, Xocalı hadisəsinin azərbaycanlılar üçün necə ağrılı bir məsələ olduğunu bilirəm. Mülki vətəndaşların öldürülməsi dəhşətli bir faciədir. Bu, Dağlıq Qarabağ məsələsinin nizamlanması üçün bütün lazım olan səylərin göstərilməsinin vacibliyini bir daha ortaya qoyur. Çünki Dağlıq Qarabağ münaqişəsi bütün azərbaycanlılar üçün çoxsaylı ağrı-acıya səbəb olub”.
Bu xəbər oxucular tərəfindən 799 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed