28.02.2013 [11:09] - Müsahibə
Müsahibimiz tarixçı-şair Aqil Kəngərlidir.
- Aqil bəy, xahiş edirəm Azərbaycanın hərbi-siyasi tarixində böyük iz qoymuş Naxçıvanskilər haqda oxucularımıza məlumat verəsiniz. Ümumiyyətlə, Naxçıvanskilər Azərbaycan xalqı üçün kim olub?
- Naxçıvanskilər məşhur Kəngərli türk tayfasının bir hissəsinə çar imperiyası dövründə verilən soyaddır. Kəngərli nəsli 6000 illik tarixə malik olub, ilk dəfə adları Şumerlə əlaqəli çəkilib. Şumerlərin öz adı Kəngər olub, şumer adını isə onlara akkadlar verib. Kəngərlər mixi yazını yaratmış, ilk arabanı düzəltmiş, Orta Asiyada Kanq dövləti (e.ə. IV əsr), Azərbaycan Salarilər dövləti (X əsr) və Naxçıvan xanlığının (XVIII əsr) əsasını qoymuşlar. Bu gün Fars körfəsi adlanan ərazi əsrlər boyu Kəngər körfəzi adlanıb. Kəngərlilər haqda tarixdə yazılanlara baxaq:
“Onlar (kəngərlər - A.K.) o qədər igiddirlər ki, ölümə sevinclə gedirlər, onların hücumlarına heç bir düşmən tab gətirmir”.
(Qədim Çin salnaməsi)
“Onların (kəngər - peçeneqlərin) hücumu ildırım çaxması, geri çəkilmələri eyni zamanda həm ağır, həm də yüngül idi... Onlar öz çoxluqları ilə yaz arılarını ötüb keçiblər, indiyəcən heç kəs bilməmişdir ki, onların sayı minlərlədir, yoxsa on minlərlə, onların miqdarı saysız – hesabsızdır”.
(XI əsr Bizanslı müəllif Feofilakt Bolqarski)
“Kəngərlilər döyüşkən, işgüzar, uzun müddət aclığa dözən adamlardılar, hərbçidirlər. Qonaqpərvər, dostluqda möhkəmdirlər. Lakin heç vaxt təhqir və incidilməyə dözmürlər və yaddan çıxarmırlar. Çox məğrur və qürurludurlar”.
(Viktor Qriqoryev “Naxçıvan əyalətinin statistik təsviri” kitabı (1833)).
“Döyüşkənliyi ilə bütün Qafqazda məşhur olan Kəngərlilər Zaqafqaziya sakinlərindən geri qalmaq istəmədilər. Onlar ağa və bəylərinin rəhbərliyi ilə xüsusi süvari dəstələri təşkil edib, bütün döyüşlərdə bizim qoşunlarla çiyin-çiyinə vuruşdular”.
(“Kafkaz” qəzeti, 6 noyabr 1890-cı il).
“Kəngərli süvariləri bütün Şərqdə cəsurluğu ilə şöhrət qazanmışdılar. Onlar döyüşə girərək ölümə nifrət əlaməti olaraq atlarının boynuna qırmızı kaporlar taxardılar ki, düşmən tərəfindən tez gözə çarpsınlar”.
(Qafqaz hərbi-tarix muzeyinin sorğu kitabı (1913)).
“Birdən uzaqdakı bir bağın arxasından toz qopdu. Bu Kəngərli süvariləri idi ki, türk elləri arasında igidliklərilə məşhur idilər”.
(Yusif Vəzir Çəmənzəminli “İki ad arasında” (1936-1937) əsəri. XVIII əsr hadisələrindən bəhs edir).
“1918-1920-ci illərdə Kəngərli nəslinin yetirməsi olan Kəlbalı xanın müdafiə dəstələrinə başçılıq edərək, azğın düşmənləri müqəddəs Naxçıvan torpağından qovduğunu xatırlamaq kifayətdir”.
(Heydər Əliyev, “Naxçıvan” qəzeti 7-12 oktyabr 1993-cü il).
- General Cəmşid Naxçıvanski haqda nə deyə bilərsiniz?
- Cəmşid xan Naxçıvanski (1895-1938) Kəngərli nəslinin 5-ci generalıdır. O, I Dünya Müharibəsində də, sonralar Qarabağda ermənilərə qarşı da igidlik göstərmişdi. Bir çox titullarla təltif olunmuşdu. ASE-də onun haqqında yazılır ki, C.Naxçıvanski 1921-1931-ci illərdə Azərbaycanın ilk milli atıcı birləşməsinin komandiri olub. 1935-ci ildə o, briqada komandiri təyin edilib.
Yalan ittihamlarla həbs edilib və güllələnib. Amma Ş.Nəzirli demişkən, o, istintaqda heç bir yalanı boynuna almayıb. Günahsız dostlarını satmayıb. Nə xalqının, nə də nüfuzlu nəslinin adını ləkələməyib.
Hazırda Cəmşid xan Naxçıvanskinin adına Bakıda hərbi məktəb var. Cəmşid xandan əvvəl isə Kəngərli nəslindən Ehsan xan, Kəlbalı xan, İsmayıl xan, Hüseyn xan Naxçıvanskilər general rütbəsi daşıyıblar.
Onlar haqqında hərb tariximizin yorulmaz tədqiqatçısı Şəmistan Nəzirlinin gözəl araşdırmaları var. Cəmşid xanın qardaşı Kəlbalı xan Araz Türk Respublikasının hərbi naziri, Müsavat partiyasının Naxçıvan üzrə sədri olub. O, 400 nəfərlik dəstəsi ilə Şərurda 1919-cu ildə erməniləri darmadağın edib.
Sonralar Kəlbalı xan İrana keçib. O, qardaşı Davud xan ilə İran ordusunda yüksək rütbələr daşıyıb. Lakin digər qardaşı Cəmşid xan Naxçıvanskinin sovet ordusunda yüksək vəzifə daşıdığınıı öyrəndikdən sonra İran şahının göstərişi ilə 1934-cü ildə Kəlbalı xan və qardaşı Davud xan güllələniblər.
C.Naxçıvanski 2, 3 və 4-cü dərəcəli Anna və 2-ci dərəcəli Stanislav ordeni ilə təltif olunub. O, 1918-ci il sentyabrın 15-də türk qoşunları və Azərbaycan Əlahiddə Birləşməsi ilə birgə Bakını daşnaklardan təmizləyib. Moskvada Frunze adına Ali Siyasi Akademiyanı fərqlənmə diplomu ilə 1933-cü ildə bitirib və orada 3 il ümumi taktika kafedrasına rəhbərlik edib. Həmçinin ZSFSR Mərkəzi İcrayə Komitəsinin üzvü olub.
- Hazırda bu nəslin üzvlərindən Azərbaycan Silahlı Qüvvələrində xidmət edənlər varmı?
- Bu nəslin nümayəndələri bu gün də Azərbaycan ordusu sıralarında ərazilərimizin bütövlüyü uğrunda ön sıralarda olmaqla, babalarının şanlı ənənələrini davam etdirirlər.
Elnur Eltürk

Bu xəbər oxucular tərəfindən 1070 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |