28.02.2013 [11:29] - Güney Azərbaycan xəbərləri, Hərb
ABŞ prezidenti Barak Obama bu ilin iyununda İrana hərbi müdaxilə edəcək.Bu barədə İsrailin “Channel 10” telekanalı xəbər yayıb.
Məlumatda bildirilir ki, gələn ay Təl-Əvivə səfər edəcək B.Obama İsrailin baş naziri Benyamin Netanyahu ilə İrana qarşı başladılacaq hərbi müdaxilənin detallarını müzakirə edəcək. Xəbərdə deyilir ki, B.Obama prezidentliyinin ikinci dövründə ziyarət edəcəyi ilk ölkə olan İsrailə İrana qarşı hərbi əməliyyatlar üçün bir pəncərə açmaq fürsəti tanıyacaq.
Qeyd edək ki, B.Obama ötən ilin sonlarında B.Netanyahu ilə bu mövzuları hər zaman danışdığını bildirib: “İsrailin İranın atom bombasına sahib olmaması mövzusundakı israrını anlayıram. Çünki bu vəziyyət bizi təhdid edəcək. Eyni zamanda İsraili və dünyanın geri qalan hissəsini təhdid edəcək nüvə silahlanması yarışı başladacaq”. Bundan əlavə, İsrailin baş naziri ötən il İranın nüvə obyektlərini bombalamaq məsələsini gündəmə gətirib, ancaq bu təklif ABŞ prezidenti tərəfindən qəbul edilməyib.

Bu xəbər oxucular tərəfindən 964 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |