28.02.2013 [14:28] - Gündəm, Gənclik
Fevralın 26-da Böyük Britaniyanın Mançesterşəhərində Xocalı faciəsinin 21-ci il dönümü ilə əlaqədar Mançester Azərbaycan Cəmiyyəti tərəfindən dinc aksiya keçirilmişdir. ASAIF-in (Xaricdə Təhsil Alan Azəerbaycanlı Tələbələr və Məzunların Beynəlxalq Formu) də xüsusi dəstək verdiyi aksiyada Mançester Universitetində təhsil alan 50-ə yaxın azərbaycanlı tələbə ilə yanaşı Türkiyədən, Güney Azərbaycandan, İraqdan və başqa ölkələrdən olanlar da iştirak etmişlər. Aksiya Mançester Universitetinin mərkəzi binasının qarşısında başlamışdır. Burada universitetin tələbə və müəllim heyətinəXocalı soyqırımı, habelə Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın torpaqlarımızı işğalı haqqında məlumat verilmişdir. Daha sonra aksiya iştirakçıları Mançester şəhərinin mərkəzinədoğru yürüş etmişlər. Bir müddət şəhərin mərkəzində davam etiraz aksiyasına yerli sakinlər tərəfindən çox böyük maraq olub. Aksiya zamanı əvvəlcədən Mançester Azərbaycan Cəmiyyəti tərəfindən hazırlanmış və özündə Xocalı faciəsi haqqında ətraflı məlumatları cəmləşdirən yüzlərlə buklet və qərənfil şəhər əhalisinəpaylanılıb. Hər bir buklet və qərənfilin verildiyi insanlara aksiya iştirakçıları tərəfindən Xocalı soyqırımı haqqında məlumat verilib. Sonda Mançester bələdiyyəsinin önünə gələn aksiyaçılar buraya Xocalı faciəsiniəks etdirən plakatlar və qərənfillər düzüb, bələdiyyə işçilərinə bukletlər vəqərənfillər təqdim olunub.
Almaniyanın Bremen şəhərində oxuyan azərbaycanlı tələbələr də Xocalı faciəsini unutmadıqlarını nümaiş etdirmək məqsdilə şəhər mərkəzində Domsheide ərazisində aksiya keçirmişlər. Aksiyanın əsas məqsədi Bremendə yerli əhali ve xarici turistləri Xocalı faciəsi ilə bağlı məlumatlandırmaq olub.
Xocali Faciəsinin acı nəticələri ingilis və alman dillərinə tərcumə edilmiş və broşurlar şəkildə ətrafda olan insanlara paylanılmışdır. Nəzərinizə catdıraq ki, yerli əhali və xarici tuistlər bu aksiyaya öz müsbət münasibətlərini bildirmiş və 21 il bundan qabaq ermənilər tərəfindən Xocalıda törədilən bu faciəni qınamişlar.
Aksiya Bremenin mərkəzi küçəsi sayılan Obernstraße boyu təyin olunmush marshrut uzrə keçirilmiş yürüşlə uğurlu şəkildə basha çatmışdır.
Almaniyayla yanaşı Belçika Azərbaycanlıları Cəmiyyəti və ASAIF-ın birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 21ci ildönümü münasibəti ilə
yürüş-etiraz aksiyası baş tutmuşdur. Aksiya Belçika Krallığının paytaxtı olan Brussel şəhərindəki erməni səfirliyi önündə başlamış və təqribən bir saat yarım davam etmişdir. Aksiya iştirakçılarının təhlükəsizliyi polis tərəfindən tam şəkildə təmin olunmuşdur.
Aksiya uğurlu keçirilmişdir və kifayyət qədər diqqət cəlb etmişdir. Bir qrup tələbə və Belçikada yaşayan Azərbaycanlılar erməni səfirliyi önündə Azərbaycan bayraqları və Xocalı soyqırımına aid plakatlarla toplaşaraq “Justice for Khojaly”, “Justice pour Khodjaly”, “Weg van Karabagh” (Qarabağı tərk edin), “Şəhidlər ölməz, Vətən bölünməz”, “Recognize the Khojaly genocide” və “Sarkissian terrorist” şüarlarını səsləyərək aksiyaya başlamışlar. Səfirlik önündə etiraz aksiyası baş tütarkən tələbələr yerli insanlara Xocalı soyqırımı haqqında xeyli sayda pamfletlər paylamışlar.
Bir qədər sonra isə erməni səfirliyi önündən Avropa Komitəsinin binası istiqamətində yürüş başlanmışdır. Yürüş təqribən 30 dəqiqə davam etmişdir və Avropa Komitəsi binasının qarşısında yenidən şüarlar səslənərək etiraz aksiyası davam etmişdir.
Aksiyanın sonunda aksiya təşkilatçıları Avropa Komitəsinin sədri José Manuel Barroso və Avropa Şurasının Prezidenti Herman Van Rompuy’ə ünvanladıqları bəyanatı Avropa Komitəsinin əməkdaşına təqdim ediblər. Avropa Komitəsi tərəfindən söz verildiki bəyanat cənab Barroso və cənab Van Rompuy’ə çatdırılacaq və məsələyə baxılıb Avropa Komitəsinin rəyi bildiriləcək.
Təqdim olunan bəyanatda Xocalı soyqırımının necə baş verməsi və kimlər tərəfindən törədilməsi haqqında geniş məlumat verilib. Məktubda Xocalı soyqırımı ilə yanaşı həmçinin Azərbaycan torpaqlarının 20 faizi erməni silahlı qüvvələri tərəfindən işğal olunduğuda qeyd olunub. Həmçinin soyqırım zamanı pozulan 6 beynəlxalq konvensiyalarda bəyanatda qeyd olunub. Bəyanatın sonunda qeyd olunub ki aksiya iştirakçılarının tələbi ondan ibarətdir ki Xocalı faciəsinə Avropa Birliyi tərəfindən rəsmi olaraq “soyqırım” statusu verilsin.
Hörmətlə,
ASAIF PRESS

Bu xəbər oxucular tərəfindən 1114 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |