Şrift:
GÜNEY XƏBƏRLƏRİ
04.11.2011 [09:49] - Gündəm
Təbriz zindanın acınacaqlı durumu

Təbriz zindanında böyük əksəriyyəti azərbaycanlı milli-mədəni fəallar olmaqla 40 nəfərdən çox siyasi məhbus həbs olunub.
Vəkil Cavid Hutənkiyanın ağır vəziyyətdə saxlanıldığı xüsusi vurğulanır. O, narkomanlara (motadlar) aid bənddə (bölüm) saxlanılır.
Digər siyasi zindanılər isə mali bənddə saxlanılır. Mali bəndin ikinci mərtəbəsində 110 nəfər və birinci mərtəbədəki 24 metrlik otaqda isə 36 nəfər saxlanılır. Qeyd etdiyimiz 36 nəfərdən 34-ü siyasi məhbusdur. Onlardan 21 nəfəri 3 mərtəbəli qeyri-standart kravat (yataq təxti) və 15 nəfəri isə yerdə yatır.
12 nəfərlik namazxanada isə 11 nəfər məhbus saxlanılır. Məhbusların rahat yatması üçün qətiyyən imkan yoxdur. Onlar, hətta yatarkən ayaqlarını belə uzada bilmirlər.
Məlumata görə, Milli-mədəni fəallar və başqa siyasi məhbusların yüksək ruhla müqavimət göstərmələri də diqqətlərdən yayınmır.


Əziz Purvəlinin məhkəmə iclası keçirilib

Güney Azərbaycanda milli-mədəni fəallara qarşı təzyiqlərin davam etdiyi bir dönəmdə tanınmış azərbaycanlı fəal Əziz Purvəlinin məhkəmə iclası keçiriləcək.
Təbriz İnqilab məhkəməsinin 1-ci şöbəsində baş tutacaq məhkəmə iclası Bu gün (noyabrın 3-də , abanın 12-də) həyata keçiriləcək.
Xatırladaq ki, adını çəkdiyimiz azərbaycanlı fəal avqustun 24-ü (şəhrivərin 2-i) Təbrizin Qumtəpə məhəlləsində təxminən 30 nəfərlə birlikdə tutuqlanıb. O, ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) təcridxanasında sorğu-suala tutularkən işgəncələrə məruz qalıb.


İftar mərasimi zamanı tutulan 15 nəfər azərbaycanlı fəalın məhkəmə iclası keçirilib

Bu gün (noyabrın 3-ü , abanın 12-i) saat 09:00-da iftar mərasimi zamanı tutulan 15 nəfər azabaycanlı fəalın məhkəmə iclası keçirilib.
Təbrizin İnqilab məhkəməsinə gətirilən tutuqluların ailəsidə məhkəmənin zalına (salon) toplaşıblar. Lakin tutuqlulara ailələri ilə heç bir əlaqə yaratmağa icazə verilməyib.
Kürddilli əsgər ailələri zaldan çıxarmağa çalışarkən tərbiyyəsiz ifadələr işlədib və kobud rəftarlar göstərib. Dosyelərə hakim Ruhullah Yusifi baxıb.
Vəkillər isə Yusif Molayi, Seyid Məhəmmədrza Fəqihi və Abbas Camalidən ibarət olub. Məhkəmə zalına müttəhim və vəkillərdən başqa kimsə buraxılmayıb. Hələlik bu barədə başqa məlumat yoxdur.


İsrail İrana hücuma hazırlaşır?

İsrailin baş naziri Binyamin Netanyahu və müdafiə naziri Ehud Barak Nazirlər Kabinetinin üzvlərini İrana qarşı hərbi əməliyyatların başlanmasına razı salmağa çalışırlar.
Rusiya KİV-n verdiyi məlumata görə, bu haqda İsrailin yüksək rütbəli məmurlarından biri bildirib. O, hökumətdə bu qərara qarşı olanların "bir qədər üstünlük təşkil etdiklərini" söyləyib.
Deyilənə görə, Netanyahu ilə Barak artıq xarici işlər naziri Aviqdor Libermanı İrana qarşı əməliyyatlara başlamağın vacibliyinə inandıra biliblər.


İslam Əliəkbərlu Xoy şəhərinin mərkəzi zindanına köçürülüb

Azərbaycanlı fəal İslam Əliəkbərlu ailəsi ilə telefon əlaqəsi saxlayaraq, Xoy şəhərinin mərkəzi zindanına köçürüldüyü barədə məlumat verib.
Əliəkbərlu ümumi təhlükəsizliyi pozmaq məqsədi ilə yığıncaq təşkil etmək, sistemin əleyhinə təbliğ və pantürkist qruplarda üzv olmaqda ittiham edilib.
GünAz TV mətbuat mərkəzinin “Öyrənci”-yə istinadən yaydığı məlumata görə, adını çəkdiyimiz azərbaycanlı fəal saxlanıldığı müddətdə təhlükəsizlik-Ettelaat qüvvələri tərəfindən ağır işgəncələrə məruz qalıb.
Bu xəbər oxucular tərəfindən 1095 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed