01.03.2013 [10:42] - Güney Azərbaycan xəbərləri
Təbrizin “Traxtur” futbol takımının “Əlcəzirə” üzərindəki qələbəsi və takım tərəfdarlarının səsləndirdikləri milli-mədəni şüarlar İslam İnqilabı Keşikçilər Korpusuna (SEPAH) ağır gəlib.
SEPAH-a bağlı “javanonline” saytı, dərc etdiyi özəl təhlili xəbərində, azərbaycanlılar və “Traxtur” takımı ilə bağlı məkrli planın üstünü açıb. Öfkəli yazıda, son 4 ildə Təbrizin səhənd stadionunda səsləndirilən şüarların qəbuledilməz olduğu vurğulanıb və səlahiyyətli məsullardan bunun qarşısının alınması istənilib.
Yazıda qeyd olunub ki, “sayca az olan məlum şəxslərin stadiona gəlməməsi üçün, “Traxtur”un Asiya çempionları liqasi oyunları və hətta daxili yarışmalarına dəqiq bir tədbir alınmalıdır. Bu vəzifə birinci vilayət məsulları və “Traxtur” klubunun rəhbərliyi, sonra isə Təbriz əhalisinin üzərinə düşür. Əgər bunlar qeyd etdiyimiz vəzifəni yerinə yetirməkdə süstlük göstərsələr, onda Təbriz əhalisinin istəyinə rəğmən “Traxtur” müsabiqələri başqa bölgələrdə keçirilməlidir."
Yazıda müsabiqə zamanı ingilis dilində yazılıb və plakatlarla nümayiş etdirilən "Azərbaycan İran deyil" şüarının SEPAHda qıcıq doğurduğu xüsusi hiss olunmaqdadır.
Qeyd edək ki, son illərdə “Traxtur” futbol takımı bütün güney azərbaycanlıların sevimli takımına çevrilib. Daha önəmli isə bu takımın müsabiqələrində çoxlu milli şüarlar səsləndirilir və bu vasitə ilə Güney Azərbaycanlılara qarşı tətbiq olunan ayri-seçkilik siyasəti bütün dünyaya ifşa edilir.

Bu xəbər oxucular tərəfindən 783 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |